Polşada sərxoş traktorçu sürətli sərnişin qatarını DAYANDIRDI – VİDEObackend

Polşada sərxoş traktorçu sürətli sərnişin qatarını DAYANDIRDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Polşada sərxoş traktorçu sürətli sərnişin qatarının yolunu kəsib.

İnterpress.аz xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Polşanın Pomorze (Pomeranian) voyevodalığında böyük ləngiməyə səbəb olan qeyri-adi insident baş verib.

Sərxoş vəziyyətdə olan yerli traktorçu idarə etdiyi nəqliyyat vasitəsi ilə relslərin üzərinə çıxaraq yüksəksürətli sərnişin qatarını qəfil dayanmağa məcbur edib.

Hadisə nəticəsində xoşbəxtlikdən heç kim xəsarət almayıb. Lakin qatarın qəfil və məcburi dayanması səbəbindən vaqonlarda olan təxminən 500-ə yaxın sərnişin mənzil başına çata bilmək üçün digər alternativ qatarlardan istifadə etməli olublar.

Hadisə yerinə dərhal yerli hüquq-mühafizə orqanları və dəmir yolu təhlükəsizlik xidmətinin əməkdaşları cəlb olunublar.

Sərxoş halda sükan arxasına keçərək yüzlərlə insanın həyatını təhlükəyə atan və qatarın yolunu kəsən traktorçu polis tərəfindən saxlanılıb.

Xuraman Etibarlı

İnterpress.аz