Balıq tutmağa gedən ər-arvad çaya yuvarlanan maşında BOĞULDU – FOTObackend

Balıq tutmağa gedən ər-arvad çaya yuvarlanan maşında BOĞULDU – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada içində yatmış ər-arvad olan avtomobil çaya yuvarlanıb, hər iki şəxs boğulub.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Rusiyada kədərli və qeyri-adi ölüm hadisəsi qeydə alınıb. Balıq tutmağa gedən və bir neçə gün ərzində itkin düşmüş hesab olunan 46 yaşlı Yelena və 48 yaşlı Romanın cəsədləri sonradan Vyatka çayının dibində aşkarlanan avtomobildən tapılıb.

İlkin məlumatlara görə, ər-arvad avtomobilin arxa oturacağında yuxuya gediblər. Gecə saatlarında isə nəqliyyat vasitəsi özbaşına hərəkət edərək sahildən çaya yuvarlanıb.

Onlar suya batan avtomobildən çıxmağı bacarmadıqları üçün boğularaq həyatlarını itiriblər.

Faciəvi şəkildə həlak olan cütlüyün bir neçə gündən sonra 18 yaşı tamam olacaq bir oğul övladı qalıb.

Faktla bağlı yerli hüquq-mühafizə orqanları tərəfindən rəsmi təhqiqat aparılır.

Xuraman Etibarlı

İnterpress.аz