Sankt-Peterburqda dənizaltı balıq ovu zamanı qorxunc hadisə baş verib.
İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Sankt-Peterburq yaxınlığında sualtı balıq ovu ilə məşğul olan dalğıcın ölümü ilə nəticələnən tükürpədici bədbəxt hadisə baş verib.
“Petrokrepost” körfəzində səhər saatlarında sualtı balıq ovuna çıxan iki dostun üzərindən sürətlə hərəkət edən motorlu qayıq keçib.
Su səthinə çıxan digər dalğıc yaxınlıqdakı qayığın qəfildən tullandığını görüb, daha sonra isə suyun üzərində böyük qan ləkəsi və dostunun qopmuş başını aşkarlayıb.
O, dostunun başını sahilə çıxarmağı bacarsa da, bədəninin qalan hissəsi tapılmayıb. Qəzaya sürətli qayığın yüksək sürətlə fırlanan pərinin suyun altındakı dalğıcın boyun nahiyəsinə dəyməsi səbəb olub.
Avqustun 2-də Neva çayının Sverdlov qəsəbəsi yaxınlığındakı hissəsində həlak olan dalğıcın qopmuş qolu aşkarlanıb.
Hazırda Rusiya Fövqəladə Hallar Nazirliyinin xilasediciləri və dalğıc qrupları tərəfindən mərhumun bədəninin digər hissələrinin tapılması üçün gərgin axtarış tədbirləri davam etdirilir.
Faktla bağlı cinayət işi başlanılıb.
Xuraman Etibarlı
İnterpress.аz






