Yaponiya hədəfləri seçmək üçün süni intellekt TƏTBİQ EDİRbackend

Yaponiya hədəfləri seçmək üçün süni intellekt TƏTBİQ EDİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yaponiya orduda qoşunların idarə edilməsi və hədəflərin seçilməsi üçün süni intellekt tətbiq edəcək.

İnterpress.аz xəbər verir ki, bu barədə “Nikkei” nəşri məlumat yayıb.

Yaponiya Müdafiə Nazirliyi hərbi qoşunların idarə edilməsi və döyüş şəraitində hədəflərin seçilməsi prosesində süni intellekt (Sİ) sistemlərinin tətbiqini planlaşdırır.

Nazirlik bu məqsədlə hazırda qabaqcıl “MSS” və “Lattice AI” proqram sistemlərinin hərbi istifadəsini dərindən nəzərdən keçirir.

Bununla yanaşı, ölkədə Yaponiyanın yerli “Sakana AI” startapının texnoloji bazasında xüsusi vahid komanda mərkəzinin yaradılması təklif olunur.

Həmin mərkəz döyüş və fövqəladə hərbi vəziyyətləri təhlil edərək konkret halda hansı sistemin və silahın tətbiq edilməsinin daha səmərəli olduğunu müəyyənləşdirəcək.

Hərbi ekspertlər qeyd edirlər ki, hərbi sahədə süni intellektin tətbiqi döyüş zamanı qərar qəbuletmə sürətini kəskin artıracaq. Lakin bu texnologiyanın ölümcül hədəfləri sərbəst seçməsi gələcəkdə müəyyən beynəlxalq hüquqi və etik müzakirələrə də yol aça bilər.

Xuraman Etibarlı

İnterpress.аz