Həkimlər azyaşlının mədəsindən “Tailand amuleti” ÇIXARDI – FOTObackend

Həkimlər azyaşlının mədəsindən “Tailand amuleti” ÇIXARDI – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moskva ətrafında həkimlər uşağın mədəsindən “Tailand xoşbəxtlik amuleti” çıxarıblar.

İnterpress.аz xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Moskva vilayətində həkimlər azyaşlı uşağın mədəsindən cərrahiyyə əməliyyatı aparılmadan, xüsusi endoskopik üsulla qeyri-adi bir əşya çıxarıblar. Bu barədə vilayətin Səhiyyə Nazirliyi rəsmi məlumat yayıb.

Valideynlərin sözlərinə görə, uşaq suvenir fiqurla oynayarkən ehtiyatsızlıqdan onu udub. Müayinələr zamanı həmin əşyanın “Tailandın rifah və xoşbəxtlik amuleti” olduğu məlum olub.

Roşal adına Tibb Mərkəzinin endoskopiya şöbəsinin həkimləri metal amuleti uğurla uşağın mədəsindən çıxarmağa nail olublar.

Çıxarılan bu amulet tibb mərkəzinin endoskopiya şöbəsinin daxili kolleksiyasına əlavə edilib.

Nazirlik rəsmiləri zarafatla bildiriblər ki, bu xüsusi fiqur bundan sonra onu xilas edən həkimlərə böyük uğur gətirəcək.

Hazırda azyaşlının vəziyyətinin tamamilə yaxşı olduğu qeyd olunur.

Xuraman Etibarlı

İnterpress.аz