Uğursuz sünnətdən sonra 30 yaşlı kişinin cinsiyyət orqanı amputasiya edilib.
İnterpress.az xəbər verir ki, hadisə Rusiyanın İvanovo vilayətində yerləşən özəl klinikalardan birində baş verib.
Məlumata görə, 30 yaşlı kişi sünnət əməliyyatından sonra ciddi fəsadlarla üzləşib. Əməliyyatdan sonra yaranan problemlərə vaxtında müdaxilə edilmədiyi və vəziyyətin daha da ağırlaşdığı bildirilir.
Nəticədə toxumalarda nekroz yaranıb və həkimlər xəstənin cinsiyyət orqanını tamamilə amputasiya etmək məcburiyyətində qalıblar.
Zərərçəkən şəxs klinikanı məhkəməyə verib. Məhkəmənin qərarı ilə özəl klinika ona 30 milyon rubl (təxminən 620 min manat) məbləğində kompensasiya ödəməyə məhkum edilib.
Xuraman Etibarlı
İnterpress.az






