Meksikada yoldan keçən şəxs təqaüdçünü ağır tonnajlı yük maşınının altına itələyib.
İnterpress.az xəbər verir ki, hadisə Meksikanın Monterrey şəhərində baş verib.
Məlumata görə, küçədə hərəkət edən naməlum şəxs qarşıdan gələn yaşlı kişiyə qəsdən çiyni ilə zərbə vurub.
Zərbənin təsirindən müvazinətini itirən təqaüdçü yolun hərəkət hissəsinə yıxılıb.
Həmin anda yoldan keçən ağırtonnajlı yük maşını yaşlı kişinin üzərindən keçib. Kişi aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib.
Hadisəni törədən şəxs dərhal ərazidən qaçıb. Polis faktla bağlı cinayət işi açıb və şübhəlinin axtarışına başlayıb.
Xuraman Etibarlı
İnterpress.az






