Kuzbassda kənd sakinlərini qorxuya salan ayı ev heyvanlarına hücum edir.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Kuzbass bölgəsində yerləşən Novoslavyanka kəndində ayı sakinlər üçün ciddi təhlükəyə çevrilib.
Məlumata görə, yırtıcı son iki həftə ərzində iki qoyun və iki dananı öldürüb.
Ayının kənd sakinlərinin bağlarına da ziyan vurduğu bildirilir.
Sakinlər ev heyvanlarını qorumaq üçün gecə-gündüz növbə çəkməyə məcbur qalırlar.
Məlumata görə, ovçulara ayının vurulmasına icazə verilib. Lakin yırtıcı hələ də kənd ərazisində dolaşmaqda davam edir.
Xuraman Etibarlı
İnterpress.az






