Həbsxanada ÇATDIRILMA XİDMƏTİ: Məhbuslar lülə-kabab və piroq SİFARİŞ EDİR – MENYUbackend

Həbsxanada ÇATDIRILMA XİDMƏTİ: Məhbuslar lülə-kabab və piroq SİFARİŞ EDİR – MENYU

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sankt-Peterburqdakı “Krestı-2” istintaq təcridxanasında məhbuslara yemək sifarişi xidməti yaradılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın Sankt-Peterburq şəhərində yerləşən “Krestı-2” istintaq təcridxanasında məhbuslar üçün yeni yemək sifarişi xidməti istifadəyə verilib.

Məlumata görə, məhbuslar artıq kameralarına lülə-kabab və bir neçə növ piroq sifariş edə bilirlər.

Bildirilir ki, yaxın vaxtlarda menyunun daha da genişləndirilməsi və pizza sifarişinin də mümkün olması planlaşdırılır.

Xuraman Etibarlı

İnterpress.az