İsrail ordusu yeni döyüşlərə HAZIRLAŞIR: Baş Qərargah rəisi ABŞ komandanı ilə GÖRÜŞDÜ – FOTObackend

İsrail ordusu yeni döyüşlərə HAZIRLAŞIR: Baş Qərargah rəisi ABŞ komandanı ilə GÖRÜŞDÜ – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kuper və Zamir yeni hərbi əməliyyatlara hazırlığı müzakirə ediblər.

İnterpress.az xəbər verir ki, İsrail ordusunun Baş Qərargah rəisi Eyal Zamir ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) komandanı admiral Bred Kuperlə görüş keçirib.

Məlumata görə, görüş İsrail hərbi rəhbərliyinin operativ forumu çərçivəsində baş tutub. Tərəflər ABŞ və İsrail silahlı qüvvələri arasında strateji əməkdaşlığı və regiondakı təhlükəsizlik vəziyyətini müzakirə ediblər.

Kuper ABŞ və İsrail orduları arasında strateji tərəfdaşlığın “tarixi” xarakter daşıdığını vurğulayıb.

Zamir isə ABŞ ordusu ilə əməkdaşlığı İsrail üçün “strateji dayaq” adlandırıb və Kuperə təşəkkür əlaməti olaraq medal təqdim edib.

Davam edən siyasi danışıqlar fonunda Zamir İsrail ordusunun yüksək döyüş hazırlığı vəziyyətində qaldığını bildirib.

O, ordunun “intensiv döyüş əməliyyatlarına sürətlə qayıtmağa” hazır olmalı olduğunu qeyd edib.

Baş Qərargah rəisi əlavə edib ki, İsrail ordusu əldə etdiyi nəticələrdən istifadə etməli və vəziyyətin istənilən istiqamətdə inkişafına hazır olmalıdır.

Xuraman Etibarlı

İnterpress.az