İran Trampın prezidentlik müddətinin başa çatmasına qədər ABŞ ilə danışıqlardan imtina edə bilər.
İnterpress.az xəbər verir ki, İran parlamentinin spikeri Məhəmməd Baqir Qalibafın müşaviri Məcid Şəkəri Tehranın ABŞ Prezidenti Donald Trampla razılaşma gözləmədiyini bildirib.
Məcid Şəkərinin sözlərinə görə, İran ABŞ liderinin prezidentlik müddəti başa çatana qədər mövcud siyasətini davam etdirməyi planlaşdırır.
O, Tehranın “nə müharibə, nə də sülh” strategiyasını davam etdirəcəyini bildirib.
Şəkəri qeyd edib ki, Tramp administrasiyası ilə razılaşmanın əldə olunacağına ümid yoxdur və İran prosesin ABŞ Prezidentinin səlahiyyət müddətinin sonuna qədər uzanmasını gözləyə bilər.
Beləliklə, İranın hazırkı mövqeyi ABŞ ilə birbaşa danışıqların bərpası perspektivlərinin yaxın vaxtlarda zəif olduğunu göstərir.
Bununla belə, səsləndirilən fikirlərin İran hökumətinin rəsmi qərarı deyil, Qalibafın müşavirinin açıqlaması olduğu bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






