Kolumbiyanın qərbində baş vermiş güclü zəlzələ nəticəsində 74 nəfər həlak olub.
İnterpress.az xəbər verir ki, Risaralda departamentində 40, Valye-del-Kaukada – 27, Kaldasda 3, Çokoda isə 4 nəfərin həlak olduğu bildirilir.
Axtarış-xilasetmə əməliyyatları davam etdiyi üçün həlak olanların sayı sürətlə artır.
Xatırladaq ki, 7,4 maqnitudalı zəlzələ bu gün yerli vaxtla səhər saat 7:34-də Kolumbiyanın qərbində baş verib. Kolumbiya Geoloji Xidmətinin məlumatına görə, yeraltı təkanların episentri Kolumbiyanın paytaxtı Boqotadan təxminən 280 km qərbdə yerləşib. Zəlzələ ölkə ərazisinin böyük hissəsində hiss olunub.






