İrəvanda küçədə yeni doğulmuş körpə TAPILDIbackend

İrəvanda küçədə yeni doğulmuş körpə TAPILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İrəvanda küçədə yeni doğulmuş qız uşağı tapılıb.

İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb.

Avqustun 10-da saat 20:43 radələrində Ermənistan Daxili İşlər Nazirliyinə İrəvanın Alabyan küçəsində evlərdən birinin qarşısında parçaya bükülmüş yeni doğulmuş körpənin tapılması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının operativ müdaxiləsi nəticəsində yeni doğulmuş qız uşağı qısa müddətdə tibb müəssisəsinə çatdırılıb.

Hazırda körpənin vəziyyətinin qənaətbəxş olduğu bildirilir. Uşaq həkimlərin nəzarəti altındadır.

Hüquq-mühafizə orqanları körpənin anasının kimliyini müəyyənləşdirməyə çalışır.

Ermənistan Daxili İşlər Nazirliyinin əməkdaşları hadisənin bütün təfərrüatlarının araşdırılması üçün zəruri tədbirlər görür.

Xuraman Etibarlı

İnterpress.az