Permdə qadın özünü binanın 12-ci mərtəbəsindən atıb.
İnterpress.az xəbər verir ki, Rusiyanın Perm şəhərində çoxmərtəbəli yaşayış kompleksində faciə baş verib.
Məlumata görə, qadın binanın 12-ci mərtəbəsindən yerə düşərək həyatını itirib. Onun eyvan və ya pəncərədən yıxıldığı bildirilir.
Hadisənin ən ağır məqamlarından biri isə qadının azyaşlı oğlunun baş verənləri evin pəncərəsindən görməsi olub.
Azyaşlı oğlu pəncərədən onun cansız bədəninə baxaraq “Ana, ana” deyə qışqırıb.
Daha sonra mərhumun əri meyitə yaxınlaşıb. Arvadını görən kimi kədərdən yerə yıxılıb.
Hadisənin bütün təfərrüatları hüquq-mühafizə orqanları tərəfindən araşdırılır.
Xuraman Etibarlı
İnterpress.az






