Qadına ödənilməmiş parkinqə görə 956 min manat CƏRİMƏ GƏLDİbackend

Qadına ödənilməmiş parkinqə görə 956 min manat CƏRİMƏ GƏLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Peterburqda qadına ödənilməmiş parkinqə görə 41 milyon rubl cərimə gəlib.

İnterpress.az xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində bir qadın ödənilməmiş parkinqə görə 41 milyon rubl (təxminən 956 min manat) məbləğində borcla üzləşib.

Məlumata görə, qadın parkinq haqqını mobil tətbiqdə yaranan texniki nasazlıq səbəbindən vaxtında ödəyə bilməyib.

Daha sonra borcu ödəsə də, onun adına milyonlarla rubl məbləğində borc rəsmiləşdirilib.

Bundan sonra qadının bank hesablarının bir hissəsinə həbs qoyulduğu bildirilir.

Hadisənin necə baş verdiyi və 41 milyon rubl məbləğində borcun hansı hesablamalar nəticəsində yarandığı ilə bağlı əlavə araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az