Uşaqlar doğulduqdan dərhal sonra daha 6 ağır xəstəliyə görə YOXLANILACAQbackend

Uşaqlar doğulduqdan dərhal sonra daha 6 ağır xəstəliyə görə YOXLANILACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada yenidoğulmuşlar daha altı xəstəlik üzrə müayinə olunacaqlar.

İnterpress.az xəbər verir ki, bu barədə ТАСС agentliyi məlumat yayıb.

Rusiya Səhiyyə nazirinin müavini Yevgeniya Kotova ölkədə körpələrin sağlamlığının qorunması ilə bağlı yeni qərarı açıqlayıb.

O bildirib ki, Rusiyada yenidoğulmuş uşaqların daha altı xəstəlik üzrə genişləndirilmiş skrining müayinəsindən keçirilməsi planlaşdırılır.

Nazir müavininin sözlərinə görə, müayinə proqramına daxil ediləcək xəstəliklər sırasına ağır irsi patologiyalardan biri olan Düşen əzələ distrofiyası da daxildir.

Yeni sistem xəstəlikləri körpə doğulduğu ilk günlərdən aşkar etməyə və vaxtında müalicəyə başlamağa imkan verəcək.

Xuraman Etibarlı

İnterpress.az