İsrail ordusu Qəzzada HƏMAS-a məxsus beş silah anbarını MƏHV ETDİ – VİDEObackend

İsrail ordusu Qəzzada HƏMAS-a məxsus beş silah anbarını MƏHV ETDİ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəzzada HƏMAS-a məxsus beş silah anbarı məhv edilib.

İnterpress.az xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.

İsrail ordusu və Ümumi Təhlükəsizlik Xidməti, ŞABAK Qəzza zolağında keçirilən bir neçə əməliyyat zamanı HƏMAS-a məxsus beş silah anbarını və bir raket buraxılış qurğusunu məhv edib.

İsrail tərəfinin məlumatına görə, sözügedən anbarlarda raketlər, silahlar, partlayıcı qurğular, qumbaralar və digər hərbi avadanlıqlar saxlanılıb.

Bildirilir ki, bu vasitələr HƏMAS üzvləri tərəfindən Qəzza zolağında İsrail qüvvələrinə qarşı hücumların həyata keçirilməsində istifadə olunub.

İsrail ordusunun açıqlamasında qeyd olunur ki, məhv edilən silah anbarlarından bəziləri məscidlərin daxilində, digərləri isə humanitar obyektlərin yaxınlığında yerləşib.

İsrail tərəfi bunu HƏMAS-ın mülki infrastrukturu hərbi məqsədlər üçün istifadə etməsi kimi qiymətləndirib.

Xuraman Etibarlı

İnterpress.az