Antoniu Koşta Ukraynaya 90 milyard avroluq yardımın maliyyələşdirilməsini sürətləndirəcəyinə söz verib.
İnterpress.az xəbər verir ki, bu barədə “Euractiv” məlumat yayıb.
Avropa Şurasının rəhbəri Antonio Koşta Ukraynanın Müstəqillik Günü ilə bağlı Kiyevə səfəri zamanı hava hücumu xəbərdarlığı səbəbilə digər yüksək vəzifəli Aİ rəsmiləri ilə birlikdə sığınacaqda gizlənməli olub.
Bundan sonra Ukrayna Prezidenti Volodimir Zelenski Koştadan ölkəyə növbəti 90 milyard avroluq (təxminən 180 milyard manat) yardım tranşının ayrılmasını sürətləndirməyi xahiş edib.
Koşta müraciəti nəzərə alacağını və maliyyələşmənin sürətləndirilməsi istiqamətində çalışacağını bildirib.
Görüş zamanı həmçinin dondurulmuş Rusiya aktivləri məsələsi müzakirə olunub.
Məlumata görə, Avropada təxminən 200 milyard avro (təxminən 400 milyard manat) həcmində Rusiya aktivləri dondurulub.
Bu vəsaitlərin müsadirə edilərək Ukraynaya yönəldilməsinin qarşısında əsas maneələrdən birinin Belçikanın mövqeyi olduğu bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






