Baltik dənizində iki Alman sualtı qayığı AŞKARLANDIbackend

Baltik dənizində iki Alman sualtı qayığı AŞKARLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Baltik dənizinin dibində nasist Almaniyası dövrünə aid iki sualtı qayıq aşkarlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə BILD məlumat yayıb.

İkinci Dünya müharibəsi dövrünə aid Almaniyanın iki sualtı qayığı, U-583 və U-649, Polşanın Baltik dənizindəki ərazi sularında aşkarlanıb.

Hər iki gəmi hərbi məzarlıq hesab olunur və mütəxəssislər onların qarət edilməsindən ehtiyat edirlər.

U-583 iyulun 15-də Bornholm adası ilə Polşa sahili arasında, təxminən 65 metr dərinlikdə tapılıb. VII C tipli sualtı qayıq demək olar ki, bütöv vəziyyətdədir.

O, 1941-ci il noyabrın 15-də təlim zamanı başqa bir Alman sualtı qayığı ilə toqquşaraq batıb. Gəmidəki 45 ekipaj üzvünün hamısı həlak olub.

U-649 isə 1943-cü il fevralın 24-də başqa bir sualtı qayıqla toqquşma nəticəsində batıb. Hadisə zamanı 35 hərbçi ölüb, 11 nəfər xilas edilib.

Almaniyanın hərbi məzarlıqlarının qorunması üzrə Xalq İttifaqı hər iki gəminin olduğu ərazilərə dalışların qarşısını almağa çağırıb.

Təşkilat Baltik dənizi də daxil olmaqla dünyanın müxtəlif yerlərində hərbi qəbirlərin qarət edildiyini bildirir.

Bundan əlavə, Yunanıstan sahillərində Almaniyanın LS 6 sürətli torpedo katerinin qalıqları aşkarlanıb.

Təxminən 96 metr dərinlikdə yerləşən 15 metrlik gəminin 1943-cü ildə hava hücumu zamanı ciddi zədələndikdən sonra yedəklənərkən batdığı bildirilir. Hadisə zamanı ölən olmayıb.

Xuraman Etibarlı

İnterpress.az