“Multikan-8” peyvəndindən sonra 300-dən çox it ÖLDÜbackend

“Multikan-8” peyvəndindən sonra 300-dən çox it ÖLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Multikan-8” peyvəndindən sonra 300-dən çox itin öldüyü bildirilir

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Heyvan sahiblərinin sözlərinə görə, “Multikan-8” peyvəndindən əvvəl itlər sağlam olub, lakin peyvənddən 1-3 gün sonra onlarda qıcolmalar, başın arxaya atılması və daxili qanaxmalar müşahidə edilib. Bir çox heyvan bir neçə gün ərzində tələf olub.

Sahiblər bildirirlər ki, ölən heyvanların və peyvənd nümunələrinin analizlərində Auyeski virusu aşkarlanıb.

Onların sözlərinə görə, bəzi laboratoriyalar araşdırma aparmaqdan imtina edir, klinikalarda isə meyitlərin yarılmadan kremasiya edilməsi tövsiyə olunur.

Rusiya Kənd Təsərrüfatı Nəzarəti Federal Xidmətinin 19, 20 və 21 nömrəli partiyaların dövriyyəsini dayandırdığı bildirilir.

Bununla belə, avqustun 23-də klinikalardan birinə eyni seriyadan yeni partiyanın daxil olduğu qeyd edilir.

Xuraman Etibarlı

İnterpress.az