Misirdə polis yük maşınından yüksək sürətlə 105 kq toyuq oğurlayan altı nəfərlik dəstəni aşkar edib.
İnterpress.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb. Misir Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə Qahirədəki magistral yolda baş verib.
Sosial mediada yayımlanan görüntülərdə iki kişinin hərəkətdə olan yük maşınından pikap yük maşınına toyuq qutuları daşıdığı görünür.
Kişilərdən biri yük maşınının kapotundan yapışıb.
Yük maşını sürücüsü fabrikdən dörd ton toyuq daşıdığını bildirib.
O, oğurluğun fərqinə varmayıb və hadisədən sonra yük maşınından itən 105 kq toyuğu aşkar edib.
Xuraman Etibarlı
İnterpress.az






