Netanyahu “Haaretz” qəzetini məhkəməyə verməyə hazırlaşır.
İnterpress.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu “X” hesabında məlumat yayıb.
Netanyahu “Haaretz” qəzeti və digər şəxslərə qarşı böhtan iddiası ilə məhkəməyə müraciət etmək barədə göstəriş verdiyini bildirib.
Buna səbəb qəzetin BƏƏ prezidentinin 2023-cü il 7 oktyabr hadisələrindən bir neçə həftə əvvəl Netanyahuya mümkün silahlı hücum barədə xəbərdarlıq etdiyinə dair məlumat yaymasıdır.
Netanyahu İsrail və BƏƏ liderləri arasında sentyabrın əvvəlindən oktyabrın 7-dək heç bir telefon danışığının olmadığını vurğulayıb.
O, müharibənin əvvəlində Misirin xəbərdarlıqları ilə bağlı yayılan məlumatların da təsdiqlənmədiyini xatırladıb və Haaretz-in yazdıqlarını siyasi motivli “saxta məlumat” adlandırıb.
Xuraman Etibarlı
İnterpress.az






