Omskdə kişi internat məktəbinin qapısını qisas məqsədilə yandırıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyi məlumat yayıb.
Omskdə bir kişi internat məktəbinin giriş qapısını yandırdığı üçün saxlanılıb.
Onun sözlərinə görə, hadisədən əvvəl spirtli içki qəbul edib və iti ilə gəzintiyə çıxıb.
Məktəbin ərazisindən iti ilə birlikdə uzaqlaşdırılmasına əsəbiləşən kişi gecə saatlarında geri qayıdaraq giriş qapısını yandırıb.
Hadisə ilə bağlı xırda xuliqanlıq haqqında protokol tərtib edilib.
Xuraman Etibarlı
İnterpress.az






