Odessa yaxınlığında 15 yaşlı qızın qətli ilə bağlı 19 yaşlı tanışı saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediasında məlumat yayılıb.
Odessa yaxınlığındakı kəndlərdən birində 15 yaşlı Alinanın gəzintiyə çıxdıqdan sonra evə qayıtmadığı və valideynlərinin onunla əlaqə saxlaya bilmədiyi bildirilir.
Daha sonra qızın meyiti zibil qutusunda torbanın içərisində aşkarlanıb.
İstintaqın ilkin məlumatına görə, qızı 19 yaşlı tanışı öldürüb.
Bildirilir ki, gənc Alinaya qarşı hisslər bəsləyib və bir müddət onu izləyib. O, qızı zorlamaqda və döyərək öldürməkdə şübhəli bilinir.
Xuraman Etibarlı
İnterpress.az






