XƏBƏRDARLIQ: Gənclər arasında allergiya halları 40 faiz ARTIBbackend

XƏBƏRDARLIQ: Gənclər arasında allergiya halları 40 faiz ARTIB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yataqlarını ütüləməmək gənclər arasında kütləvi allergiyaya səbəb olur.

İnterpress.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.

Gənclər yataq ağlarını ütüləməkdən imtina etdikləri üçün kütləvi şəkildə allergiyadan əziyyət çəkirlər. Son yarım ildə öskürək, qaşınma və burun tutulması şikayətləri ilə allergoloqlara müraciət edənlərin sayı 40 faiz artıb.

Həkimlər bu vəziyyəti paltarların 30 dərəcə temperaturda yuyulması və isti emaldan keçirilmədən dərhal yığışdırılması vərdişi ilə əlaqələndirirlər. Bu səbəbdən toz gənələri daha pis məhv edilir.

Mütəxəssislər yataq dəstlərini minimum 60 dərəcədə yumayı, buxarla emal etməyi və otaqdakı rütubət səviyyəsini 50 faizdən aşağı saxlamağı tövsiyə edirlər.

Xuraman Etibarlı

İnterpress.az