ChatGPT-nin resepti ilə yumurta bişirən qadının üzü YANDI – FOTO/VİDEObackend

ChatGPT-nin resepti ilə yumurta bişirən qadının üzü YANDI – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalı qadın ChatGPT resepti ilə yumurta bişirərkən üzündən yanıq xəsarəti alıb

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Filippində istirahət edən rusiyalı qadın ChatGPT-nin tövsiyəsi ilə fincanda mikrodalğalı sobada yumurta hazırlamaq istəyib.

Qadın bişdikdən sonra yumurtaya qaşıqla toxunduğu zaman isti maye partlayan qəfil üzünə sıçrayıb.

Nəticədə qadın üzündən ciddi yanıq xəsarəti alaraq xəstəxanaya yerləşdirilib.

Həkimlər ona tətilin sonuna qədər birbaşa günəş şüaları altında qalmamağı tövsiyə ediblər.

Xuraman Etibarlı

İnterpress.az