Nestogen uşaq qarışıqlarında vitamin uyğunsuzluğu AŞKARLANDIbackend

Nestogen uşaq qarışıqlarında vitamin uyğunsuzluğu AŞKARLANDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada məşhur Nestogen uşaq qarışıqlarında vitaminlərin miqdarı ilə bağlı uyğunsuzluq aşkarlanıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Rospotrebnadzor” məlumat yayıb.

Nestogen uşaq qarışıqlarının nümunələrində etiketdə göstəriləndən 3-6 dəfə az vitamin, bəzi yağ turşularında isə 9 dəfəyə qədər çox miqdar aşkarlandığı bildirilir.

A vitamininin miqdarı normadan 3-5 dəfə, E vitamininin isə 2,5-6 dəfə az olub.

Bununla yanaşı, alfa-linolen turşusu 4-6,5 dəfə, DHA 4-9 dəfə, linolein turşusu isə təxminən 4 dəfə çox müəyyən edilib.

Rospotrebnadzor “Nestle Russia” şirkətinə xəbərdarlıq edib və məhsullara nəzarətin gücləndirilməsini tələb edib.

Texniki reqlamentlərin pozulmasına görə şirkəti 300 min rubla qədər (təxminən 6 min manat) cərimə gözləyə bilər.

Qeyd edilib ki, yanvar ayında NAN, Nestogen və Alfare Amino məhsullarının bəzi partiyalarının tərkibində zəhərli seruleid maddəsi aşkarlandığı üçün onların idxalı və satışı dayandırılıb.

Xuraman Etibarlı

İnterpress.az