Ayı hücumuna məruz qalan xokkey məşqçisi HƏYATINI İTİRDİbackend

Ayı hücumuna məruz qalan xokkey məşqçisi HƏYATINI İTİRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tuvada balıq tutarkən ayı rusiyalı xokkeyçi Andrey Kuzmenkonun atasını parçalayıb.

İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Tuvada ayının hücumuna məruz qalan Moskva sakini, xokkey məşqçisi, xokkeyçi Andrey Kuzmenkonun atası Aleksandr xəstəxanada həyatını itirib. O, bir qrup turistlə birlikdə Tuvaya balıq tutmağa gedib.

İlkin məlumata görə, ayı turistə gündüz saatlarında hücum edib. Ağır xəsarətlər alan kişi xəstəxanaya yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Xuraman Etibarlı

İnterpress.az