Moskvada güclü külək ağacı aşırıb, skamyada oturan kişi ölüb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Hadisə Moskvanın qərbində, Vitebskaya küçəsindəki parkda baş verib. Güclü külək ağacı aşırıb və ağac skamyada oturan təqaüdçünün üzərinə düşüb.
Kişi aldığı xəsarətlər nəticəsində hadisə yerində həyatını itirib. Moskvada hazırda küləyin sürətinin kəskin artdığı bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






