Sentyabrın 23-də Səudiyyə Ərəbistanı Krallığının 96-cı Milli Günü münasibətilə Bakıda rəsmi qəbul keçirilib.
İnterpress.az xəbər verir ki, tədbirdə Milli Məclisin deputatı, Azərbaycan–Səudiyyə Ərəbistanı parlamentlərarası dostluq qrupunun üzvü Tənzilə Rüstəmxanlı da iştirak edib.
Qəbul zamanı Azərbaycan–Səudiyyə Ərəbistanı münasibətlərinin inkişafı, qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsi və iki ölkə arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinin əhəmiyyəti vurğulanıb.
Tədbirdə iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.






