Əfqanıstanda rusiyalı turistlər yol qəzasından sonra SAXLANILDIbackend

Əfqanıstanda rusiyalı turistlər yol qəzasından sonra SAXLANILDI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əfqanıstanda yol qəzasından sonra bir qrup rusiyalı turist saxlanılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Əfqanıstanın Bədəxşan vilayətində rusiyalı turistlərin olduğu avtomobil yerli motosikletçi ilə toqquşub.

Qəza Kişm-Feyzabad yolunda, Begum körpüsü yaxınlığında baş verib. Motosikletçi hadisə nəticəsində həyatını itirib.

Avtomobildə olan üç kişi və bir qadın tərcüməçilərlə birlikdə hadisənin hallarının araşdırılması üçün təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb.

Qəzanın dəqiq səbəbi hələ müəyyən edilməyib.

Xuraman Etibarlı

İnterpress.az