Almaniyada keçmiş həyat yoldaşına hücum edən kişi zərərsizləşdirilib
İnterpress.az xəbər verir ki, bu barədə BİLD məlumat yayıb.
Almaniyada kişi keçmiş həyat yoldaşına bıçaqla hücum etməyə çalışıb.
Hadisə zamanı yoldan keçən şəxslər qadına kömək etmək üçün müdaxilə ediblər.
Şahidlər hücum edən şəxsi zərərsizləşdirmək üçün oxlov, kürək və reklam lövhələrindən istifadə ediblər.
Nəticədə kişi saxlanılıb, qadının həyatı xilas edilib.
Xuraman Etibarlı
İnterpress.az






