Netanyahu BMT-yə peycer gətirib və onu tribunadan hamıya göstərib.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
İsrailin Baş naziri Benyamin Netanyahu BMT Baş Assambleyasındakı çıxışı zamanı tribunadan peycer göstərərək 2024-cü ildə Livanda “Hizbullah” üzvlərinə qarşı həyata keçirilən partlayışları xatırladıb.
Netanyahu “Hizbullah”ın həmin hadisələri unutmadığını bildirib. Çıxış zamanı zalda olanların bir hissəsi onu alqışlayıb.
Netanyahunun çıxışından əvvəl isə onlarla nümayəndə İsrailə etiraz olaraq zalı tərk edib.
Xuraman Etibarlı
İnterpress.az






