Rusiyada bu peyvəndlər MƏCBURİ OLACAQbackend

Rusiyada bu peyvəndlər MƏCBURİ OLACAQ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada milli peyvənd təqviminin genişləndirilməsi planlaşdırılır.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Səhiyyə Nazirliyinin eksperti məlumat verib.

Məlumata görə, 2027-ci ildə milli peyvənd təqviminə meningokok və insan papillomavirusu infeksiyalarına qarşı peyvəndlərin daxil edilməsi planlaşdırılır.

Bundan əlavə, rotavirus infeksiyası və suçiçəyinə qarşı peyvəndlərin də təqvimə əlavə edilməsi nəzərdə tutulur.

Hazırda Rusiyada papillomavirusa və meningokoka qarşı vaksinlər istehsal olunur. Rotavirus peyvəndi isə hələ tədqiqat mərhələsindədir.

Xuraman Etibarlı

İnterpress.az