Arxangelskdə 9 yaşlı qız qaynar su ilə dolu çuxura düşüb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Hadisə Arxangelskinin Tsiglomenski dairəsində baş verib. Gəzinti zamanı 9 yaşlı qız isti su təchizatı sistemində yaranan sızma nəticəsində əmələ gəlmiş çuxura düşüb.
Uşaq termiki yanıqlarla xəstəxanaya yerləşdirilib. Prokurorluq kommunal xidmətlərin fəaliyyətini yoxlayır.
Xuraman Etibarlı
İnterpress.az






