Bakının Xətai rayonunda köşkdə ölümlə nəticələnən yanğınla bağlı təfərrüatlar məlum olub.
Məlumata görə, köşkün gözətçisi olan 1968-ci il təvəllüdlü Əliyev Ağayar Xanhüseyn oğlu ürək tutması nəticəsində yanan peçin üzərinə yıxılıb. Köşkdə yanğın baş verib. Gözətçinin yanaraq öldüyü bildirilir.
Faktla bağlı Xətai rayon prokurorluğunda araşdırma aparılır.






