Telefonu oğurladı, sonra sahibinin üzünə tutub KİLİDİNİ AÇDI – VİDEObackend

Telefonu oğurladı, sonra sahibinin üzünə tutub KİLİDİNİ AÇDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vyetnamda turistlərin telefon və pulları oğurlanır.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Vyetnamın Nyaçanq şəhərində rusiyalı turistlər oğurluq hadisələrindən şikayət edirlər. Bildirilir ki, oğrular telefonları, çantaları, pulları, sənədləri və bank kartlarını hədəf alırlar.

Hadisələrdən birində motosikletli şəxs rusiyalı qadının əlindən iPhone 17-ni qaçırıb. Ertəsi gün isə telefonun kilidini Face ID vasitəsilə açmaq üçün geri qayıdıb. O, oğurladığı telefonu qızın üzünə yaxınlaşdırıb və cihazın kilidini açmağa nail olduqdan sonra hadisə yerindən uzaqlaşıb.

Digər turistlərdən birinin isə kafedə kofe növbəsində dayandığı vaxt masanın üzərindən pulqabısı oğurlanıb. Pulqabının içərisində iPhone 17 Pro Max, 200 dollar, təxminən 2 milyon Vyetnam donqu və altı Rusiya bank kartı olub.

Çimərliklərdə park edilmiş skuterlərin də oğurluq məqsədilə açıldığı bildirilir. Turistlərdən biri telefonunu skuterin baqajında qoyaraq üzməyə gedib. Geri qayıdanda baqajın açıldığını və içindəkilərin götürüldüyünü görüb.

Bəzi istirahətçilər skuterlərin özlərinin də oğurlandığını bildirirlər.

Xuraman Etibarlı

İnterpress.az