Balidə turist hörümçəyi qovmaq istəyərkən villanı yandırıb
İnterpress.az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.
İndoneziyanın Bali adasında Nepal vətəndaşı olan 45 yaşlı turist hörümçəyi qovmaq üçün yanan kağızdan istifadə edərkən villada yanğına səbəb olub.
Məlumata görə, alov qısa müddətdə bütün evi bürüyüb və villa tamamilə yanaraq yararsız hala düşüb. Turist isə vaxtında çölə çıxaraq xilas ola bilib.
Hadisə nəticəsində dəymiş ziyanın təxminən təxminən 102 min manat olduğu bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






