ABŞ hökuməti “Rybar”ın rəhbəri barədə məlumat üçün 10 milyon dollar vəd etmişdi.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yayılıb.
“Rybar” teleqram kanalının rəhbəri Mixail Zvinçuk bu gün səhər Monteneqroda saxlanılıb. Yerli hakimiyyət orqanları onu növbəti informasiya əməliyyatında şübhəli bilib.
Yerli KİV-in məlumatına görə, Zvinçuk ölkənin Avropaya inteqrasiyasının yolverilməzliyinə dair material hazırlamaq istəyib.
ABŞ Dövlət Departamenti 2024-cü ilin oktyabrında Amerika seçkilərinə müdaxilədə iştirak edən şəxslər barədə faydalı məlumat üçün 10 milyon dollar mükafat təklif etmişdi. Siyahıda Mixail Zvinçuk və kanalın kreativ direktoru olan həyat yoldaşı Valeriya da yer alırdı.
ABŞ tərəfi cütlüyü “TEXASvsUSA” adlı sosial media hesabları vasitəsilə amerikalı seçicilərə təsir göstərməyə və ölkədə ictimai parçalanmanı dərinləşdirməyə çalışmaqda ittiham edirdi.
Məlumatda bildirilirdi ki, bu ittihamlarla əlaqədar onların 15 ilədək həbs cəzası almaq riski var.
2025-ci ilin dekabrında Böyük Britaniya da Zvinçuku qarşı xarici təsir və Rusiyanın maraqlarının təbliği ilə bağlı şübhələr əsasında sanksiyalar tətbiq edib.
2026-cı ilin iyulunda məhdudiyyətlər Zvinçukla əlaqəli daha onlarla şəxsə şamil olunub.
Qeyd edək ki, “Rybar” Teleqram kanalı və onun təsisçisi Mixail Zvinçuk Rusiyada Azərbaycana qarşı aparılmış çirkin informasiya kampaniyasının müəlliflərindən biridir.

Xuraman Etibarlı
İnterpress.az






