Rusiyada məhbusun üzərindən 41 mobil telefon və 12 SIM-kart aşkarlanıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Sığorta dələduzluğuna görə məhkum edilmiş 32 yaşlı şəxs müvəqqəti saxlama təcridxanasından 1 saylı istintaq təcridxanasına gətirilərkən üzərindən çoxsaylı qadağan olunmuş əşyalar aşkarlanıb.
Oktyabrın 9-da aparılan yoxlama zamanı onun 41 mobil telefon, 22 enerji adapteri, 26 USB kabeli, 4 qulaqlıq və 12 SIM-kart keçirməyə çalışdığı müəyyən edilib.
Hadisə ilə bağlı xidməti araşdırma aparılır.

Xuraman Etibarlı
İnterpress.az






