Avropa siyasətçiləri “agentura şəbəkəsini” hakimiyyətə gətirmək istəyir – Kaladzebackend

Avropa siyasətçiləri “agentura şəbəkəsini” hakimiyyətə gətirmək istəyir – Kaladze

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kaxa Kaladze Avropa siyasətçilərini Gürcüstanda hakimiyyəti dəyişməyə çalışmaqda ittiham edib.

İnterpress.az xəbər verir ki, bu barədə Gürcüstan mediası məlumat yayıb.

Tbilisinin meri, hakim “Gürcü Arzusu” partiyasının nümayəndələrindən biri Kaxa Kaladze Avropa siyasətçilərini Gürcüstanda “agentura şəbəkəsini” hakimiyyətə gətirməyə cəhd göstərməkdə ittiham edib.

Kaladze Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın Gürcüstanı xəritədə tapmaqda çətinlik çəkəcəyini bildirib.

O, Gürcüstanı iqtisadiyyat və demokratiyanın inkişafı baxımından regionun lideri adlandırıb, Avropa siyasətçilərinin mövqeyini isə ölkənin daxili işlərinə müdaxilə kimi qiymətləndirib.

Xuraman Etibarlı

İnterpress.az