Rusiyalılara evdə bir aylıq nağd pul ehtiyatı saxlamaq TÖVSİYƏ EDİLDİbackend

Rusiyalılara evdə bir aylıq nağd pul ehtiyatı saxlamaq TÖVSİYƏ EDİLDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyalılara bank xidmətlərində fasilə riskinə qarşı nağd pul ehtiyatı yaratmaq tövsiyə olunub.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediasında məlumat yayılıb.

Rusiyada bankların məlumat mərkəzlərinə edilən hücumlardan sonra vətəndaşlara mümkün texniki nasazlıqlara qarşı nağd pul ehtiyatı yaratmaq tövsiyə edilib.

İqtisadçılar bank tətbiqləri və ödəniş xidmətlərinin fəaliyyətində yaranacaq fasilələr zamanı çətinlik yaşamamaq üçün evdə ən azı bir həftəlik, imkan daxilində isə bir aylıq xərcləri qarşılamağa yetəcək qədər nağd pul saxlamağı məsləhət görürlər.

Həmçinin əmanətlərin bir neçə bank arasında bölüşdürülməsi tövsiyə olunur.

Bu, bank xidmətlərində problem yarandıqda bütün vəsaitlərə çıxışın eyni vaxtda itirilməsi riskini azaltmağa kömək edə bilər.

Xuraman Etibarlı

İnterpress.az