Saratovda 10 milyon rublunu itirən iş adamı ona yolpulu verdiyi şəxsin qurbanı olub.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Saratov şəhərində 44 yaşlı kişi biznesini 10 milyon rubla (təxminən 200 min manat) satdıqdan sonra bunu qeyd etmək üçün bara yollanıb. Yolda rastlaşdığı bir şəxsə yolpulu verən kişi daha sonra onu da özü ilə bara aparıb.
Yeni tanışını içkiyə qonaq edən keçmiş iş adamı çantasındakı nağd pulu ona göstərib. Bir müddət sonra yuxuya gedən kişinin çantasını həmin şəxs götürərək hadisə yerindən qaçıb.
Polis müşahidə kameralarının görüntüləri əsasında şübhəlini müəyyən edib. Məlum olub ki, o, əvvəllər dəfələrlə məhkum olunmuş 37 yaşlı yerli sakindir.
Şübhəlinin kirayə qaldığı mənzildə oğurlanmış pulların 7 milyon rublu (təxminən 140 min manat) aşkarlanıb. Qalan məbləğin isə artıq xərcləndiyi bildirilir.
Faktla bağlı cinayət işi açılıb.
Xuraman Etibarlı
İnterpress.az






