Rusiyada ayı yaşayış məntəqəsinə girərək zəncirlənmiş iti parçalayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Altay diyarında ayı yaşayış məntəqəsinə daxil olaraq zəncirlə bağlanmış itə hücum edib.
Hadisənin şahidi olan qonşu yırtıcının qarşısını ala bilməyib və baş verənləri videoya çəkib.
Görüntülərdə itin müqavimət göstərməsinə baxmayaraq, ayının onu boynundan tutduğu, zəncirini qıraraq meşəyə apardığı bildirilir.
Xuraman Etibarlı
İnterpress.az






