“The Insider” nəşrinin baş redaktoru qiyabi olaraq 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya prokurorluğu məlumat yayıb.
“The Insider” nəşrinin baş redaktoru Roman Dobroxotov Rusiyada arzuolunmaz təşkilatın fəaliyyətini təşkil etməkdə ittiham olunaraq qiyabi şəkildə 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məlumata görə, nəşr Rusiyada arzuolunmaz təşkilatlar siyahısına daxil edilib.
Roman Dobroxotov isə Rusiya qanunvericiliyinə əsasən xarici agent kimi tanınıb.
Xuraman Etibarlı
İnterpress.az






