Beget-ə HAKER HÜCUMU: 500 minə yaxın sayt İŞLƏMİRbackend

Beget-ə HAKER HÜCUMU: 500 minə yaxın sayt İŞLƏMİR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiyada böyük hostinq şirkətinə hücum haker hücumu edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın hostinq şirkəti Beget-in infrastrukturuna bu gecə haker hücumu edildiyi rəsmən təsdiqlənib.

Məlumata görə, Beget .ru, .рф və .su domen zonalarında fəaliyyət göstərən saytların təxminən 15 faizinə xidmət göstərir. Bu isə 500 minə yaxın sayt deməkdir.

Şirkətin infrastrukturuna edilən hücumdan sonra sistemlərin bərpasının uzun müddət çəkə biləcəyi bildirilir.

Saytların fəaliyyətinə təsirin miqyası və bərpa işlərinin nə vaxt başa çatacağı barədə hələlik ətraflı məlumat verilməyib.

Xuraman Etibarlı

İnterpress.az