Kazanda qonşusunun pitbulteryer cinsli iti 51 yaşlı qadına hücum edib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.
Rusiyanın Kazan şəhərində 51 yaşlı qadın qonşusunun evinə qonaq gedərkən itin hücumuna məruz qalıb.
Staffordşir teriyeri cinsli it qadını ağır şəkildə dişləyib.
Məlumata görə, zərərçəkən qonşusu ilə uzun müddətdir dostluq edib və iti də yaxşı tanıyıb.
Hətta əvvəllər onunla gəzintiyə də çıxıb. Lakin növbəti ziyarəti zamanı it qəfil qadına hücum edib.
Yaralı qadını qonşular aşkarlayaraq təcili tibbi yardım çağırıblar. O, hazırda reanimasiyadadır və süni tənəffüs aparatına qoşulub. Vəziyyəti ağır qiymətləndirilir.
Hadisə ilə bağlı polis araşdırmaya başlayıb.
Xuraman Etibarlı
İnterpress.az






