Kiyev yaxınlığındakı hadisə ilə bağlı yeni məlumat: Budanov 14 nəfərin saxlanıldığını bildirib
İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.
Ukraynanın hərbi kəşfiyyatının rəhbəri Kirill Budanov Kiyev vilayətinin Petropavlivska Borşşahivka qəsəbəsində baş verən hadisə zamanı binada 14 nəfərin saxlanıldığını bildirib.
Budanov vəziyyəti “klassik küçə aksiyası” adlandırsa da, baş verənlərin normal olmadığını və belə halların ümumiyyətlə yaşanmamalı olduğunu vurğulayıb. Onun sözlərinə görə, insanlar hərbçilərin tibb müəssisəsinə aparılmasına mane olurlar.
Ukraynanın “Novosti.LIVE” portalının məlumatına görə, zirzəmidə zorla saxlanıldığı bildirilən şəxslər arasında olan 14 yaşlı yaralı yeniyetmə oradan çıxarılıb.
“Strana.ua” nəşri isə zirzəmidə qeyri-rəsmi həbsxananın “Azov”* tərəfindən təşkil edildiyini iddia edib. Lakin bu iddia müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.
Xuraman Etibarlı
İnterpress.az






