Ukraynada jurnalistə HÜCUM EDİLDİ: Naməlum şəxslər kameraya DÜŞDÜ – VİDEObackend

Ukraynada jurnalistə HÜCUM EDİLDİ: Naməlum şəxslər kameraya DÜŞDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Kiyevdə Budanovun gedişindən sonra jurnalistə hücum edilib.

İnterpress.az xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

Ukraynanın UNİAN agentliyinin müxbirinə Kirill Budanovun hadisə yerindən ayrılmasından sonra hücum edildiyi bildirilir.

Məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarının gözü qarşısında naməlum şəxs jurnalistin qarnına təpiklə zərbə endirib.

Hadisə ilə bağlı yayılan videoda bir qrup naməlum şəxsin mülki vətəndaşların arxasınca qaçdığı və onlara fiziki xəsarət yetirməyə çalışdığı görünür.

UNİAN-ın yaydığı məlumatda Ukraynanın daxili işlər nazirinə müraciət edilərək hücum edən şəxslərin kimliyi, onların niyə cəbhədə olmadığı və ölkədə bu cür zorakılıq hallarına nə vaxt son qoyulacağı ilə bağlı suallar ünvanlanıb.

Hadisə ilə bağlı rəsmi açıqlama barədə məlumat verilməyib.

Xuraman Etibarlı

İnterpress.az