Beş ölkə 2027-ci il hokkey mundialında Rusiya ilə oynamaqdan İMTİNA ETDİbackend

Beş ölkə 2027-ci il hokkey mundialında Rusiya ilə oynamaqdan İMTİNA ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Beş ölkə Rusiya ilə hokkey oyunlarını boykot edəcəyini açıqlayıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Finlandiya, İsveç, Norveç, Danimarka və Latviya 2027-ci ildə keçiriləcək kişi komandaları arasında dünya çempionatında Rusiya yığması ilə qarşılaşmaqdan imtina edəcəklərini bildiriblər.

Bu addım İdman Arbitraj Məhkəməsinin (CAS) Rusiya komandalarının beynəlxalq hokkey yarışlarına buraxılmasına dair qərarından sonra atılıb.

Məhkəmə Beynəlxalq Buz Hokkeyi Federasiyasının (IIHF) Rusiya yığmalarını yarışlardan kənarlaşdırmaq qərarını ləğv edib.

Məlumata görə, Norveç, Danimarka və İsveç yığmaları Rusiya ilə oynamayacaqlarını təsdiqləyiblər. Finlandiya da eyni mövqedədir. Latviya isə qanunvericiliyə əsasən Rusiya komandaları ilə qarşılaşa bilməyəcəyini bildirib.

Bununla belə, Norveç, Danimarka və İsveç digər oyunlarda iştirak edəcəklərini açıqlayıblar.

Boykot qərarları fonunda turnirin təşkilinə və sponsor dəstəyinə dair də suallar yaranıb.

Xuraman Etibarlı

İnterpress.az